Nigeriya da BRİCS-ə qoşulub...

19 Yanvar 2025 18:34 (UTC+04:00)

Afrikanın ən sıx məskunlaşmış ölkəsi olan Nigeriya BRİCS-ə "ortaq ölkə" olmaq dəvətini qəbul edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçü müavini Kimiebi İmomotimi Ebienfa verdiyi yazılı açıqlamada bu addımın Nigeriyanın beynəlxalq əməkdaşlığı təşviq etmək və iqtisadi imkanlardan faydalanmaq məqsədləri ilə uyğun olduğunu vurğulayıb. O, Nigeriyanın inkişaf hədəfləri çərçivəsində strateji tərəfdaşlıqları irəlilətməkdə qətiyyətli olduğunu ifadə edərək BRİCS-in üzv ölkələrlə ticarət, investisiya və sosial-iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün ölkəsinə unikal bir platform təqdim etdiyini qeyd edib.

Ebienfa BRİCS üzvləri ilə konstruktiv bir əməkdaşlıq qurmağı səbirsizliklə gözlədiklərini bildirib. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qurucuları arasında yer aldığı, ABŞ və Qərb ölkələrinin qlobal hegemoniyasını tarazlaşdırmağı hədəfləyən qeyri-rəsmi platforma olan BRİCS Misir, Efiopiya, İran, İndoneziya və Birləşmiş Ərəb Əmirliklərinin üzvlüyü ilə genişlənib. Bu il İndoneziyanın qatılması ilə üzv sayı 10-a yüksələn təşkilat dünya iqtisadiyyatında da mühüm bir yerə sahibdir.