Sumqayıtda baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə SİA-ya Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd olunib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 19.01.2025-ci il tarixində saat 14:20 radələrində 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Vurğulanıb ki, sağ döş qəfəsinin yüngül əzilməsi diaqnozu təyin edilən şəxsə təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabildir.