BP texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" yatağında hasilatı bərpa edib. SİA xəbər verir ki, bu barədə BP-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar "AnewZ"ə açıqlamasında bildirib.
O, işin bərpasını təsdiqləyib və bütün texniki məsələlərin həll olunduğunu vurğulayıb.
Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.