Kolumbiyada ölənlərin sayı 60-a çatıb

19 Yanvar 2025 08:26 (UTC+04:00)

Kolumbiyanın şimalında silahlı üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 58-ə çatıb. SİA xəbər verir ki, bu barədə hökumətə istinadən "El Tiempo" qəzeti məlumat yayıb.

Ən çox qurbanlar Tibu və Teorama bələdiyyələrində olub - müvafiq olaraq 19 və 22 nəfər. Nəşrin məlumatına görə, toqquşmaların baş verdiyi Katatumbo bölgəsinin sakinləri kütləvi şəkildə başqa ərazilərə üz tuturlar.

Üsyançı “Milli Azadlıq Ordusu” ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərinin yaratdığı qruplar arasında toqquşmalar bir neçə gündür davam edir. Cümə günü Prezident Qustavo Petro “Milli Azadlıq Ordusu”nun hərəkətlərini müharibə cinayəti adlandırıb və sülh danışıqlarının dayandırıldığını elan edib. Silahlı Qüvvələr Katatumboya əlavə hərbçilər göndərib.