ABŞ sakinləri ölkəni bürüyən quş qripi epidemiyası səbəbindən toyuq yumurtası çatışmazlığı problemi ilə üzləşib. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Bildirilir ki, Amerika paytaxtının yaxınlığında əksər pərakəndə satış məntəqələrində toyuq yumurtası satışa çıxarılmır və hələ də mövcud olan yerlərdə qiymətlər kəskin bahalaşıb. Qiymətlər əvvəlki qiymətlərdən 3 dəfə bahalaşsa belə, supermarketlərə yeni yumurta tədarükünə zəmanət yoxdur. "Bu, epidemiyadır, nə toyuq, nə də yumurta var", - biznes sahiblərindən biri deyib.