Avropa İttifaqı Sub-Səhra Afrikası ölkələrinə 510 milyon avro ayırıb

19 Yanvar 2025 04:12 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) 2025-ci il üçün 1,9 milyard avro məbləğində ilkin humanitar yardım paketi ayırıb. Bunun 510 milyon avrosu Nigeriya və Sub-Səhra Afrikası ölkələri üçün nəzərdə tutulub. SİA Afrika Press Agentliyinə (APA) istinadla xəbər verir ki, Avropa Komissiyası açıqlamasında bildirib ki, bu vəsaitlər Qərbi və Mərkəzi Afrika, Sahil, Çad gölü hövzəsi, Şimali-Qərbi Nigeriya, Mərkəzi Afrika, Böyük Göllər və Afrika Buynuzu regionlarına yönəldiləcək.

Diqqətə çatdırılır ki, yardım 2025-ci ildə 300 milyondan çox insanın həyatına təsir edəcək böyük humanitar böhranlarla mübarizəyə kömək edəcək.

Açıqlamada, həmçinin qeyd olunub ki, Yaxın Şərq və Şimali Afrika üçün 470 milyon avro ayrılacaq. Bunun 375 milyon avrosu Yaxın Şərq, əsasən Qəzza regionuna, 95 milyon avrosu isə Şimali Afrika və Yəmənə yönəldiləcək.