Tramp münaqişəyə son qoymasa, nüfuzunu itirmək riski ilə üzləşir..?

18 Yanvar 2025 18:54 (UTC+04:00)

...Amerikalı politoloq, Çikaqo Universitetinin professoru və beynəlxalq əlaqələr üzrə mütəxəssis Con Mirşaymer “YouTube” kanalı Daniel Davis/Deep Dive-a müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh sazişi bağlamayacağı təqdirdə dünya arenasında reputasiyasına ciddi zərbə vuracağını deyib.
SİA-nın məlumatına görə, o, qeyd edib ki, Ukrayna qoşunları məğlub edilsə və münaqişə dondurulsa, bu, Trampın imicinə son qoyacaq, çünki bu, onun məğlubiyyəti kimi qəbul ediləcək.

Professorun fikrincə, Trampın iki mümkün yolu var: ya Rusiyanın tələbləri ilə razılaşaraq sülhə nail olmaq, ya da ABŞ və Qərbi Ukrayna ilə birlikdə məğlubiyyətə aparacaq münaqişəni davam etdirmək.

Mirşaymer əmindir ki, mümkün siyasi çətinliklərə baxmayaraq, Ukraynanın Moskvanın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur.

Ekspert həmçinin vurğulayıb ki, Ukraynadakı iqtisadi böhran və onun hərbi uğursuzluqları, eləcə də Kiyevə maliyyə dəstəyi ilə Qərb tərəfdaşlarının artan yorğunluğu şəraitində sülh prosesinin müzakirəsi getdikcə aktuallaşır.

Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bəyan etmişdi ki, danışıqlar yalnız üçüncü ölkələrin dəstəyi ilə mümkündür və 1991-ci il sərhədlərinə qayıtmaq tələbləri beynəlxalq arenada getdikcə daha az səslənir.

Əli Babayev