Avtomobilə sərmayə qoymaq istəyən sürücülər müəyyən modellərə diqqət yetirməlidirlər. Klassik avtomobil mütəxəssisləri yaxın illərdə dəyərini artıracaq 10 maraqlı köhnə modeli paylaşıblar.
SİA-nın məlumatına görə, Ekspress xəbər verir ki, avtomobil kolleksiyaçısı və Xilas Ovçuları: Klassik Avtomobillərin aparıcısı Paul Couland qeyd edib ki, dəyəri sürətlə artacaq modellərdən biri də orijinal Toyota RAV4-dür.
Daha sonra Paul, kolleksioner yoldaşı Adam Slomanın da qoşulduğu Peugeot 106 Rallye-ni tövsiyə edib, lakin alıcılara təmiz bir nümunə tapmalı olduqlarını xəbərdar edib.
Beləliklə, dəyəri artacaq 10 klassik avtomobil:
1959-68 Austin Healey 3000;
1965-69 Porsche 912;
1977-80 Rolls Royce Silver Shadow II;
1991-96 Peugeot 106 Rallye;
1992-98 Maserati Ghibli;
1994-99 Ferrari F355;
1994-00 Toyota RAV4;
1994-02 Range Rover P38A;
2000-01 Subaru Impreza P1;
2002-05 Alfa Romeo 147 GTA.
Nazlı Almuradova