Rusiya Milli Rifah Fondunun (NWF) ehtiyatlarının həcmi 2025-ci ilin əvvəlinə 2024-cü ilin yanvar ayı ilə müqayisədə 24 faiz azalaraq 3,8 trilyon rubla çatıb.
2022-ci ilin əvvəlindən, xüsusi əməliyyat başlayana qədər ehtiyatlar 57 faiz azalıb.
…Bloomberg-in yazdığı kimi, bu, xüsusi hərbi əməliyyat kontekstində iqtisadiyyatı dəstəkləmək üçün xərclərin maliyyələşdirilməsi ehtiyacı ilə bağlıdır.
2024-cü ildə neft və qaz ixracından əldə olunan gəlirlərin proqnozları üstələməsinə baxmayaraq, Maliyyə Nazirliyi büdcə kəsirinin ödənilməsi üçün Milli Rifah Fondundan 1,3 trilyon rubl, habelə infrastruktur layihələrinin maliyyələşdirilməsinə xeyli vəsait xərcləyib.
Rusiya Mərkəzi Bankı xəbərdarlıq edir ki, xarici şərtlər pisləşərsə və xammal qiymətləri aşağı düşərsə, Milli Rifah Fondu hələ 2025-ci ildə tükənə bilər.
2024-cü ilin oktyabrında maliyyə nazirinin müavini Vladimir Kolyçev 1,5 trilyon rubl əlavə büdcə kəsirinin federal büdcə balansı hesabına ödəniləcəyini açıqlayıb.
Bundan əvvəl Milli Rifah Fondunun avro hesabının sıfırladığı yazılırdı. Rusiya Federasiyasının Kommunist Partiyasının resursların satışından əldə olunan gəlirin bir hissəsinin ruslar arasında bölüşdürülməsini təklif etdiyi də bildirilib.
Əli Babayev