Azərbaycan ən çətin günlərimizdə yanımızda olub - Türkiyə XİN rəhbəri

18 Yanvar 2025 13:53 (UTC+04:00)

Azərbaycan ən çətin günlərimizdə yanımızda olub. SİA-nın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, qardaş Azərbaycanda olmaqdan məmnundur.

“20 Yanvar şəhidlərini bir daha rəhmətlə anırıq, Allah bir daha belə faciələr yaşatmasın.
Biz bütün zamanlarda həmişə bir-birimizin yanında olduq, bundan sonra da eyni yolu yeriməyə davam edəcəyik”, - nazir deyib.