Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü başlayıb - FOTO

18 Yanvar 2025 12:32 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın təkbətək görüşü başlayıb. SİA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Görüşdən əvvəl C.Bayramov nazirliyin inzibati binasının önündə türkiyəli həmkarını qarşılayıb.