Qəzzada atəşkəsə bu ölkələr nəzarət edəcək

18 Yanvar 2025 09:01 (UTC+04:00)

Misir, İsrail, Qətər, Fələstin və ABŞ-ın nümayəndələri Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcəklər. SİA xəbər verir ki, bu dövlətlərin nümayəndələri Sazişin İcrası üzrə Monitorinq Mərkəzinin bir hissəsi olacaqlar. Adı çəkilən ölkələrin nümayəndə heyətlərinin Qahirədə keçirilən görüşündən sonra Mərkəzin yaradılmasına qərar verilib.