Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

18 Yanvar 2025 07:58 (UTC+04:00)

Britaniya parlamentinin üzvü Bob Bləkmən 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı ilkin qanunvericilik təşəbbüsü irəli sürüb. SİA xəbər verir ki, təşəbbüsdə 1990-cı ildə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində həlak olan mülki şəxslərin xatirəsi anılıb, bu hadisələrin heç vaxt unudulmaması üçün bütün parlamentarilərin baş verənləri yad olunmasına çağırış edilib.