Finlandiya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin yaş həddinin 65 yaşa qədər artırılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanmasına başlayıb. SİA xəbər verir ki, məqsəd 2025-ci ilin yazında parlamentə təklifi təqdim etməkdir. Nazirliyin məlumatında bildirilir ki, hazırda ehtiyatda olan zabitlər üçün maksimum yaş həddi 60, sıravilər üçün isə 50 yaş təşkil edir. Nazirlik qanun layihəsinin hansı kateqoriyadan olan hərbi qulluqçulara aid ediləcəyini isə açıqlamayıb.