Sankt-Peterburqda dostunun ad günü məclisində əylənən rusiyalı aparıcı Kseniya Borodina pərəstişkarlarını ciddi şəkildə qorxudub. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, televiziya ulduzu xəstəxana otağından çarpayıda uzanarkən çəkdiyi narahatedici fotonu "Səhər qəhvə ilə başlamadı" başlığı ilə yayımlayıb. Sonradan məlum olub ki, o, əməliyyat olunub. "Xəstəxanalardan necə qorxuram... Amma mədəmdə tez-tez problem yarandığı üçün sedativ dərmanlarla qastroskopiya əməliyyatı keçirməli oldum. Bütün bunların içində ən dəhşətlisi isə "narkoz”dur. Teleulduzun nişanlısı Nikolay Serdyukov da əməliyyat zamanı onun yanında olub.