Müharibə iştirakçısının telefonunu oğurlayanlar tutulub...

17 Yanvar 2025 22:04 (UTC+04:00)

...Sankt-Peterburqun Krasnoqvardeyski Rayon Məhkəməsi xüsusi hərbi əməliyyat iştirakçısının telefonunu oğurlamaqla bağlı iki sakini həbs edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat verib.

Sergey Seliverstov və Dmitri Berejnoy fevralın 19-dək istintaq təcridxanasında qalacaqlar.

Onlar bir qrup şəxs tərəfindən zorakılıq tətbiq etməklə quldurluq etməkdə ittiham olunurlar.

...Dekabrın 13-də axşam saatlarında iki naməlum şəxs yaşayış binasının yaxınlığında bir nəfərə hücum edərək mobil telefonunu götürərək qaçıblar.

Zərər 42 min rubl təşkil edib.

Yanvarın 15-də Seliverstov və Berejnoy saxlanılıb, ertəsi gün onlara qarşı ittiham irəli sürülüb. Bundan əvvəl Tverdə ticarət mərkəzinin mühafizəçisinin tualetdə yuxuya gedən şəxsin noutbukunu oğurladığına görə saxlanıldığı bildirilirdi.

Əli Babayev