Suriyanın şimalında hücuma hazırlaşan bölücü terror təşkilatı PKK/YPG-dən 29 terrorçu zərərsizləşdirilib.
SİA-nın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Terrorçuların qaçacağı yer yoxdur, onlar üçün təhlükəsiz yer də yoxdur!" deyilib.
Açıqlamada Suriyanın şimalında hücuma hazırlaşan 29 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyi də vurğulanıb.