“Bu həftə bizi “Sumqayıt”la çətin oyun gözləyir”. SİA xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko deyib.
O, Basketbol Liqasının 11- turunda “Sumqayıt”la keçirdəcəkləri oyun barədə danışıb.
Mütəxəssis bildirib ki, rəqibin 6 legioneri komandanı tərk edib: “Əvəzində yeni oyunçular cəlb olunub. Orada məşqçilərin yeri də dəyişib. Ona görə də “Sumqayıt”ın 3 ay ərzində hələ ki, hansı tərzdə oynadığını dəqiq bilmirik. Biz sadəcə olaraq oyuna çox yaxşı hazırlaşırıq və həm bu görüşə, həm də kubok qarşılaşmalarına qədər heyətin formada qalmasına çalışırıq. Düzdür, heyətlə, oyunçuların zədəsi ilə bağlı problemlərimiz var. Bununla belə,“Sumqayıt”la görüşdə yaxşı oynayıb qələbə qazanacağımıza inanıram”.