Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

17 Yanvar 2025 15:33 (UTC+04:00)

2024-cü ildə Azərbaycan əhalisinin nominal gəlirləri 83 milyard 093,4 milyon manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 8 144 manata çatıb.