2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat və yaxud 2023-cü illə müqayisədə 0,7 % az investisiya yönəldilib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,2 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 % artıb.
Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 641,3 milyon manatı və yaxud 49,6 %-i məhsul istehsalı sahələrinə, 8 milyard 221,1 milyon manatı və yaxud 38,4 %-i xidmət sahələrinə, 2 milyard 572,7 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 18 milyard 145,7 milyon manatını və yaxud 84,7 %-ni daxili investisiyalar təşkil edib, 15 milyard 524,9 milyon manatı və yaxud 72,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.