“Neftçi” heyətinə iki futzalçı qatıb

17 Yanvar 2025 12:49 (UTC+04:00)

“Neftçi” heyətinə iki futzalçı qatıb. SİA xəbər verir ki, mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadə və qapıçı Zamin Qasanovla anlaşıb.

Zamin Rusiyanın “Norilski Nikel” komandasından gəlib. Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb.

Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.