Yaşa görə sosial müavinət alanların sayı

17 Yanvar 2025 12:45 (UTC+04:00)

2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, onların 32,93 faizini kişilər, 67,07 faizini isə qadınlar təşkil edib.