"Azov" döyüşçüləri eskimosu əsir götürüblər...

17 Yanvar 2025 11:52 (UTC+04:00)

...12-ci xüsusi təyinatlı "Azov" briqadasının döyüşçüləri Rusiya Silahlı Qüvvələrinin eskimos olduğu üzə çıxan əsgəri əsir götürüblər.

SİA-nın məlumatına görə, bu barədə “Azov” mətbuat xidməti yazıb.

...Toretsk istiqamətində hərbi əməliyyatlar zamanı “Azov” 12-ci xüsusi təyinatlı briqadasının döyüşçüləri Rusiya Silahlı Qüvvələrinin əsgərini əsir götürüblər. Onun əslən Rusiyanın milli azlığı olan Eskimos xalqından olduğu üzə çıxıb.

Bu, məlumatda deyilir.

...Mənim Ukrayna xalqına qarşı heç bir iddiam yoxdur. Mən burada sadəcə faşizmdən azad olmaq üçün gəlmişəm.

Bunu deyən hərbi əsir, həmçinin rusların yerli xalqlara qarşı iyrənc münasibətindən və onların eskimosları savadsız xalq hesab etmələrindən danışıb.

SİA-nın əlavəsi: Qeyd edək ki, eskimosların ümumi sayı dünyada təxminən 170 min nəfər kimi dəyərləndirilir. Onlar Qrenlandiya və Nyunavutdan Alyaska da daxil olmaqla ərazinin yerli əhalisini, habelə Çukotkanın şərq kənarını təşkil edən xalqlar qrupudur.

Eskimos dilləri Eskimo-Aleut dil ailəsinin eskimo qoluna aiddir.

Əli Babayev