Azərbaycan Atletika Federasiyasının (AAF) Qaçış Hər Kəs üçün Komitəsinin sədri Namiq Əsədov idman yerişi üzrə beynəlxalq səviyyəli hakim adını almaq üçün imtahanı uğurla keçib. SİA xəbər verir ki, bu barədə AAF-nin mətbuat xidməti məlumat yayıb.
O, Dünya Atletikası (World Athletics) tərəfindən beynəlxalq bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib.