Bu ölkədə qanunsuz narkotik maddələrin ələ keçirilməsi rekord həddə çatıb

17 Yanvar 2025 08:14 (UTC+04:00)

Böyük Britaniyada 2024-cü ilin mart ayına qədər olan bir il ərzində bazar dəyəri təxminən 3 milyard funt sterlinq (3,66 milyard dollar) olan qanunsuz narkotik maddə ələ keçirilib. SİA xəbər verir ki, bu, qeydlərin başladığı gündən bəri ən yüksək göstəricidir. İngiltərə və Uels üzrə rəsmi məlumatlara görə, polis və sərhəd xidmətləri tərəfindən ələ keçirilən narkotiklərin həcmi ötən il mart ayında bitən 12 ay ərzində 52 faiz artıb. Bu dövrdə 28 tondan çox kokain və 74 ton bitki mənşəli kannabis ələ keçirilib. Əldə olunan ümumi narkotik həcmi 1973-cü ildən bəri qeydə alınan ən yüksək göstərici olub.

Hesabat dövründə ümumilikdə 217 min 644 narkotik maddə ələ keçirilib ki, bu da 2022-2023-cü illə müqayisədə (191 min 623) əhəmiyyətli bir artım deməkdir.