Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk yıxılaraq qolundan zədə alıb. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Papa Fransisk Santa Martadakı iqamətgahında yıxılıb və nəticədə sağ qolundan zədələnib. Onun qolu ehtiyat tədbiri olaraq hərəkətsizləşdirilib.
Məlumatda 87 yaşlı Fransiskin gündəlik proqramını icra etdiyi və planlaşdırılmış müxtəlif görüşlər keçirdiyi bildirilib.