Rusiyaya qarşı sanksiyalarla bağlı genişmiqyaslı strategiya...

16 Yanvar 2025 20:54 (UTC+04:00)

...Donald Trampın komandası Rusiyaya qarşı sanksiyalar strategiyası hazırlamağa başlayıb. Bu strategiya İran və Venesuelaya təzyiq göstərməklə yanaşı, Rusiya və Ukrayna arasında “yaxın aylarda” razılaşma əldə etməyə kömək etməlidir.

SİA-nın məlumatına görə, Bloomberg bunu svəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

...Trampın strategiyasına hazırda baxılan iki əsas yanaşma ola bilər. Əgər yeni administrasiya Ukraynada müharibənin başa çatmaq üzrə olduğuna inanırsa, o zaman Rusiya neft istehsalçılarına qarşı bəzi “xoşməramlı jestlər” ola bilər.

Bu, o zaman mümkün olacaq ki, ABŞ bunun sülh sazişinin bağlanmasına kömək edəcəyinə inanır.

İkinci yanaşma, onların köməyi ilə qərarların qəbuluna təsir göstərməyə çalışmaq üçün sanksiyalar təzyiqini artırmaqdır.

Trampın özünün bu variantlardan hansına meyl etdiyi bəlli deyil. Bu planın hazırlanması yeni başlamışdır və ilkin mərhələdədir.

Mənbələr son nəticədə bu, “seçilmiş prezidentin özündən asılı olacaq..?

Strategiya müzakirələrinə Trampın Nazirlər Kabinetinin bəzi namizədləri, onun ilk administrasiyasından bəzi keçmiş məmurlar və bir neçə mühafizəkar beyin mərkəzləri daxildir. Sanksiya siyasətinin yumşaldılması halında söhbət ümumi lisenziyaların verilməsindən və ya Rusiya neftinin qiymət tavanının artırılmasından gedir.

...Mənbələrin bildirdiyinə görə, sərtləşdirilərsə, bu, Çin və Hindistandakı böyük şirkətlər də daxil olmaqla, avropalı yükgöndərənlərə və Asiya alıcılarına qarşı neft ticarəti üçün daha sərt ikinci dərəcəli sanksiyaları əhatə edə bilər.

Onlar hesab edirlər ki, Trampın komandası “həyati vacib Danimarka və Türkiyə keçid məntəqələrində” Rusiya nefti daşıyan tankerlərə qarşı da “daha ​​aqressiv addımlar” ata bilər.

Əli Babayev