Roma Papası yıxılaraq qolunu əzib

16 Yanvar 2025 20:26 (UTC+04:00)

Papa Fransisk Santa Martadakı iqamətgahında yıxılıb.

SİA-nın məlumatına görə, bu barədə EFE Müqəddəs Taxt-Tacın Mətbuat otağına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, yıxılaraq Papanın sağ qolunda hematoma yaranıb. Heç bir sınıq tapılmasa da, lakin təhlükəsizlik baxımından qoluna posttravmatik sarğı qoyulub.

“Press Hall” əlavə edib ki, insident Fransisin iş qrafikinə təsir etməyib, ona görə də o, beş auditoriya keçirib.

Hazırda Papa sağ dizindəki ağrılardan əziyyət çəkir, bu da onun yeriməyi çətinləşdirir, buna görə də o, tez-tez əlil arabasında və ya çəlikdə ictimaiyyət qarşısına çıxır.

Nazlı Almuradova