Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləməklə, bəlkə də hansısa iş gördüyünü göstərməyə çalışır. Daha dəqiq desək, yenə də daxili auditoriyaya hesablanan addım atmaqla bəlkə də işini bitmiş və özünü fədakar göstərmiş sayır. Lakin nəzərə alınmır ki, əvvəla, qanun layihəsini təsdiqləmək hələ Avropa İttifaqına daxil olmaq demək deyil. Digər tərəfdən də Nikol Paşinyan və onun hakimiyyət komandası unudur ki, bunun öz mənasızlığı fonunda ölkəsini məhvə aparan illüziya olmasını erməni cəmiyyəti biləndə onun üçün daha da ağır olacaq.
Yanlış addımlardan, başlarına gələn fəlakətlərdən dərs almayanlar məhvə doğru getməyə layiqdirlər
Bəli, haqqında qeyd olunan sənəd artıq parlamentə də təqdim olunub. Baş nazir Nikol Paşinyan yekun qərarın ümumxalq səsverməsinə çıxarılacağını bildirib. Məsələ burasındadır ki, bu prosesin real perspektivi olmadığını Nikol lap əvvəldən yaxşı bilir. Bilir ki, onun irəli sürdüyü və təklid etdiyi sadəcə, məhvə aparan yoldur. Maraqlıdır ki, bunu bilə-bilə niyə belə bir yola əl atır? Nəyə görə belə bir addımı məqbul hesab edir və ortalıqda nə kimi planı ola bilər? Bir halda ki, belə bir qanun layihəsini təsdiqləmək məhvə aparan addımdır, belə bir addımı atmaq onun nəyinə lazım idi? Sözsüz ki, suallar məntiqidir və ciddi şəkildə izahının olduğu da danılmazdır. Bununla bağlı məsələyə aydınlıq gətirmək hayların özlərinə lazımdır, amma ümid edirik ki, gətiriləcək aydınlıqdan ermənilər nəticə çıxara və bunun nə demək olduğunu anlayaraq fəlakətin, məhvə aparan yolun astanasında olduqlarının fərqində olarlar. Həmin yoldan çəkinərlə, yaxud da çəkinməzlər, bu da onların öz işləridir. Hər halda, yanlış addımların fonunda, Nikolun axmaq davranışlarının və seçimlərinin fonunda başlarına gələnlərdən dərs almalı olduqları məqamda bundan dərs almayıblarsa, deməli, bu yolla, elə məhvə doğru getməyə layiqdirlər. Avropaya inteqrasiya adı altında məhvə aparan illüziyanı bu dəfə də görmürlərsə, deməli, hansısa faciəvi sonluğu yenə də haqq etmiş olurlar və başlarına gələcəklərinə elə indidən hazırlıqlı olmaları gərəkir.
Daxili auditoriyanın qəzəbindən qorxan, hakimiyyətini qorumağa çalışan Nikol Paşinyan manipulyasiyalara əl atmağı doğru addım hesab edir
Əvvəla, Nikol Paşinyan indi daxili auditoriyanın qəzəbindən qorxduğunu erməni cəmiyyəti nəzərə almalıdır. Bilməlidir ki, təkcə bu məsələdə yox, ümumiyyətlə, onun etdikləri manipulyasiyadan başqa bir şey deyil. Haylar başa düşməlidirlər ki, Paşinyan öz hakimiyyətini, nəticədə də öz canını qorumaq üçün istənilən oyunu oynamağa və ictimai fikirdə müvəqqəti də olsa, hansısa rəy qazanmaq üçün bütün görüntüləri yaratmağa hazırdır. Nəinki hazırdır, bunun üçün əlindən gələni də edir. Daha dəqiq desək, Vovayeviç onu əvəz edə biləcək bir erməni siyasətçinin olmamasını düşünərək, erməni cəmiyyətini istədiyi oyuna salmaqdan çəkinmir və bunun üçün xalqını aldatmağı da məqbul hesab edir.
İctimai rəyi manipulyasiya etmək üçün indi də başqa bir vasitə axtaran Nikol bu dəfə erməni xalqının Avropaya xilas yolu kimi baxdığından istifadə edib. Guya onun özünün də belə bir yolu məhz xilas yolu hesab etməsi, başdan-ayağa yalandır. Özü də ağ yalan. Paşinyan bilir ki, əvvəla, nə Avropa, nə də bir başqası gəlib erməni cəmiyyətinin əlindən tutub düşdüyü acınacaqlı durumdan qaldırası deyil. Bilir ki, xalq doğru yolu, regionda öz qonşuları ilə sülh şəraitində yaşamaq, birgə əməkdaşlığa can atmaq yolunu seçmədikcə qurtuluşa ümid edə bilməz. Həm də yaxşı başa düşür ki, Ukraynanın başına gələnlər kimi bir təcrübənin fonunda Avropa İttifaqına ümid etməyə dəyməz. Bəs yaxşı, belədirsə, Paşinyan nəyə söykənir və niyə bunu bəyan etmir və doğru yolu göstərmir?
İllüziyalarının təsirinə düşürlərsə, deməli, haylar özlərinin yenə də məhvə doğru sürükləndiklərinin fərqində deyillər
Ortada olan “təşəbbüs” ilk baxışdan ölkənin gələcəyinə doğru Avropaya tərəf bir addım kimi görünür. Amma bu referendumun və ya qanun layihəsinin özünün Avropa Birliyinin mövqeyinə necə təsir edəcəyini Ermənistan hakimiyyəti hələ özü də dəqiqləşdirməyib. Daha dəqiq desək, Ermənistanın qərarının özünün belə Aİ üçün heç bir əhəmiyyəti olmayacağını da, bunun həmin o işğalçı ölkə üçün heç bir fayda verməyəcəyini də, əksinə, fəlakətlər vəd etdiyini də Paşinyan başa düşür. Onu da başa düşür və bilir ki, inteqrasiya üçün ilk növbədə qanuni şəkildə rəsmiləşdirilmiş yol xəritəsi olmalıdır və belə bir xəritə ümumiyyətlə yoxdur. Deməli, indi hansısa inteqasiyadan dəm vurmaq, Ermənistanın guya Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləmək sadəcə olaraq illüziyadır. Özü də məhvə doğru aparan bir illüziya.
Öz xalqına şirin vədlər verməyə, bununla da hakimiyyət kürsüsü naminə illüziyalar yaratmağa alışqan olan Paşinyan üçün növbəti dəfə qızıldan dağlar vəd etmək,illüziya yaratmaq heç də çətin deyil. Bir zamanlar küçə nümayişlərində özünü xilaskar kimi göstərən və xalqını guya “işıqlı gələcəyə” aparacağını vəd edən və bununla da hakimiyyəti ələ keçirən beli çantalı, əli sarıqlı küçə nümayişçisi üçün indi hakimiyyət başında olduğu halda eyni illüziyanı yaratmaq əlbəttə ki, çətin ola bilməz və bu “bacarıqdan” indi Vovayeç yenə də “məharətlə” istifadə edir. Hələ bir həyasızcasına da reallığa məhəl qoymadan öz xalqını uydurduqlarına və yaratdığı illüziyalara inanmağa sövq edir. Hər halda, onun miflərinə haylar inanmamalıdırlar, çünki yanlışlıqlarının fonunda başlarına gələn faciələrdən kifayət qədər dərs almalı məqamlar var. Əgər haylar yenə də illüziyalarının təsirinə düşürlərsə, deməli, həmin illüziyalarla özlərinin yenə də məhvə doğru sürükləndiklərinin fərqində deyillər.
Ermənistan hakimiyyəti guya “Avropa yolu” ilə getmək təklif edir və ölkəni ”başqalarının” düşdüyü çıxılmaz vəziyyətə salmağa hazırdır
Maraqlı suallar çıxır və görəsən, Avropaya inteqrasiya vədlərinin arxasında əslində nə dayanır? Sadəlövh sakinlər yüksək maaşlar və pensiyalar, yüksək texnologiya ilə təchiz olunmalı xəstəxanalar və şəffaf məhkəmələrlə “çəhrayı mənzərəni” təsəvvür edirlər. Bu təsəvvür məhz artıq illüziyalarla yaradılıb. Reallıqda isə Aİ-yə daxil olmaq istəyi ilə ancaq iqtisadi əlaqələrin itirilməsi və milli kimliyin məhvi ilə bunun nəticələnəcəyinin fərqində deyillər, çünki eyni ilə Nikolun küçə nümayişlərində yaratdığı kimi, həmin illüziyanın təsiri altındadırlar. Hətta qonşu ölkələrdən də nəticə çıxarana oxşamırlar. Hətta Aİ-yə daxil olmasından sonra Baltikyanı ölkələrin əhalisinin kütləvi axınını, sənayenin çökməsini, nüvə enerjisinə qadağa qoyulmasına səbəb olan dağıdıcı proseslər başlamasını yada da salmırlar. Unudurlar ki, Aİ-yə qoşulmaq üçün illüziya kimi görünən “yaşıl işıq” Ukrayna, Moldova və Gürcüstan üçün istənilən nəticəni qətiyyən vermədi, məhvə doğru addım oldu.
Görünən odur ki, Ermənistan hakimiyyəti guya “Avropa yolu” ilə getməyə və ölkəni ”başqalarının” düşdüyü çıxılmaz vəziyyətə salmağa hazırdır. Hoqqabazlıq kimi görünən referendumlar, populist bəyanatlar və Ermənistan rəsmilərinin Avropaya səfərləri heç nəyi dəyişmir. Ölkənin baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın və parlamentin sədri Alen Simonyanın Aİ ölkələrinə çoxsaylı səfərlərinin heç bir nəticə vermədiyi günün reallığıdır. İndi bütün bu reallıqlar fonunda yenə də manipulyasiyalara əl atan Ermənistan hakimiyyəti erməni xalqını məhvə doğru sürükləməkdən çəkinmir və bunun üçün məharətlə öhdəsindən gələ bildiyi illüziyaları işə salır, kütləni şirnikləndirir. Bununla da, əslində, özünü, öz hakimiyyətini hansısa müddətdə qorumağı planlaşdırır.
Haylar məhz miflərin, uydurmaların və nəhayət öz illüziyalarının qurbanına çevrilməyə elə bil daha çox maraqlıdırlar
Ermənistan hökumətinin belə bir illüziyaya əl atmaqla hələlik əldə etdiyi yeganə şey Ermənistanın eyni vaxtda Aİ-nin bir hissəsi ola bilməyəcəyi və Aİİ-nin imtiyazlarından istifadə edə bilməyəcəyi ilə bağlı Rusiyadan aldığı xəbərdarlıq oldu. Enerji resurslarına olan güzəştli tariflərdən, geniş Avrasiya bazarında “malların hərəkətindən” əldə edilən vergi gəlirlərindən məhrumiyyətlərlə qarşılaşmaqdan başqa bu illüziyaların hələlik bir nəticəsi yoxdur. Amma bu gedişlə, nəticə özünü çox gözlətməyəcək və həmin illüziyaların işğalçı ölkəni məhvə apardığını hər bir erməni də yaxşıca görəcək. Guya vizasız rejim deyə kütləni aldadan, Avropa dəyərləri adı altında manipulyasiya edən, illüziyalar yaradanlar bütün bu pafoslu sözlərə ölkənin ticarət dövriyyəsini də qurban verirlərsə, deməli, məhv olma çox uzaqda deyil.
Ermənistan hökuməti qonşu İranın “canfəşanlığı” fonunda, farsların haylara həyasızcasına etdikləri dəstəkləri fonunda məhz Ermənistan-İran əməkdaşlığı üçün də açılan “perspektivləri” və iki ölkənin qarşılıqlı əlaqələrini daha da gücləndirmək istəklərini də nəzərə almırlarsa, deməli, vəziyyətin hara istiqamətləndiyi bəlli olur. Çox məntiqi və maraqlı bir sual ortaya çıxır. Görəsən, İrana qarşı çoxlu sanksiyalar tətbiq edən Avropa Birliyinin bir hissəsi olmaqla, Ermənistanın İranla əlaqələrinin necə “inkişaf” edəcəyini də düşünən yoxdurmu? Ümumiyyətlə, bu ölkənin sıravi vətəndaşları bir yana, “başbilənləri” onlara haqsız da olsa, əl uzadan qonşu İranla münasibətləri bundan sonra necə təsəvvür edirlər?
Haylar arasında heçmi başa düşən yoxdurmu ki, Brüsselə gedən yol yalnız Ermənistanın regionda guya tərəfdaş saydığı Rusiya və İrandan təcridini artırır? Bu əlaqələrin kəsilməsinin ölkə iqtisadiyyatını zəiflədəcəyi, yox dərəcəsinə çatdıracağı da dərk edilmirmi? Haylar başa düşə bilmirlərmi ki, belə bir addım ölkənin təhlükəsizliyini sarsıdır? Yəni, həqiqətən də Ermənistan cəmiyyəti başqalarının səhvlərini təkrarlamaqda maraqlıdır? Bəlkə, xaosa və dağıntılara gətirib çıxaracaq Avropa seçiminin real nəticələri barədə düşünməyin artıq vaxtı olduğu barədə düşünmək daha yaxşı olardı? Həqiqətənmi Avropa ilə bağlı gələcək illüziyası naminə Ermənistan adlı qondarma da olsa bir ölkəni qurban verməyə hazırlaşırlar? Avropaya inteqrasiya adı altında məhvə aparan illüziya görünür Ermənistanın taleyindən daha maraqlı görünür haylar üçün və bu toplum hər dəfə olduğu kimi, miflərin, uydurmaların və nəhayət öz illüziyalarının qurbanına çevrilməyə elə bil daha çox maraqlıdır...