“Şamaxı” klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komanda müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb.
Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub.