Dünyadakı uşaqların 1/6-i müharibə gedən bölgələrdə yaşayır

16 Yanvar 2025 17:47 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi “X” sosial media hesabı üzərindən münaqişə bölgələrində yaşayan uşaqlarla bağlı paylaşım edib.

SİA-nın məlumatına görə, paylaşımda dünyada 473 milyondan çox uşağın, dünyadakı bütün uşaqların 6-da 1-dən çoxunun, münaqişələrdən təsirlənən bölgələrdə yaşadığı vurğulanıb və belə qeyd olunub: "1990-cı ildən bəri münaqişələrdən təsirlənən uşaqların nisbəti demək olar ki, 2 dəfə artıb"...