“Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstan üçün çox əhəmiyyətlidir”. SİA xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bizim xalqlar arasında çox güclü dostluq var: “Çox sevindirici haldır ki, ölkələrimiz arasında güclü tərəfdaşlıq var. Sabah Hökumətlərarası Komissiyasının 10-cu birgə iclası keçiriləcək. Bizim gündəliyimiz çox intensiv və maraqlıdır. Fürstədən istifadə edərək sizi (red-Ceyhun Bayramov) Gürcüstana dəvət edirəm".