“Gürcüstan şirkətləri investisiya imkanlarından faydalana bilərlər” - NAZİR

16 Yanvar 2025 17:23 (UTC+04:00)

“Gürcüstan şirkətləri işğaldan azad edilən ərazilərdəki investisiya imkanlarından faydalana bilərlər”. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, görüş zamanı həmin ərazilərin potensialı barədə gürcüstanlı həmkarına ətraflı məlumat verilib.