“Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli dialoq ən yüksək səviyyədədir” - NAZİR

16 Yanvar 2025 17:05 (UTC+04:00)

“Gürcüstan Baş nazirinin sabah Bakıya səfəri çərivəsində hökumətlərarası komissiyanın 10-cu yubiley görüşü keçiriləcək”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, tarixi kəsimdə hər iki ölkə üçün çox çətin, mürəkkəb dövrlər olub: “Ancaq Azərbaycan və Gürcüstan münasibətlərini səciyyələndirən amillər mehriban qonşuluq və dostluqdan ibarət olub. Bu gün Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli dialoq ən yüksək səviyyədədir”.