“Qızın rəfiqəsi olmaz” ifadəsi keçmişdən gəlmiş ənənələri, sosial-mədəni gözləntilərlə, cəmiyyətin düşüncələri ilə yaranmış bir fikirdir. Bu cür ifadələr qadınların sosial, konservativ cəmiyyətdə davranışlarını məhdudlaşdıran anlayışdır ki, bu fikri demək üçün bir neçə amil vardır. Əgər biz onların düşüncə tərzinə baxarsaq keçmişdə qadınların sosial rolu ev, ailə ənənələri ilə bağlı olduğu üçün, onların həyatı yaxın ailə üzvləri ilə keçərək məhdudlaşırdı. Bu dövrlərdə cəmiyyətin əksər hissəsi qızların, qadınların yaxın dostu, rəfiqəsi ilə əlaqə qurmağı çoxda məqsədə uyğun saymırdılar. Müəyyən dəyərlərin, mədəniyyətlərin hansı ki, konservativ cəmiyyətin düşüncə tərzindən yaranmış bir fikir idi”. Bu sözləri beynəlxalq yaşam koçu, karmik numeroloq Yeganə Cəbrayılqızı SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin zamanlarda düşünürdülər ki, qızlar arasında rəqabət, qısqanclıq kimi faktorlar ola bilər: "Bu hal-hazırkı dövrümüzdədə müşahidə olunur. Yəni qadınlar arasında olan dostluq, konkret sosial mövqelər, eyni zamanda şəxsi üstünlüklər, gizli rəqabət qarşı tərəf arasında qısqanclıq yaratmağa səbəb ola bilər. Analar bu sözləri deməkdə ailə daxilində qızlarının qorunması üçün xüsusi bir məqsəd güdürdülər. Yəni qızının ailədə öz yerini təmin etmək üçün istifadə olunan bir fikir idi. Bunu müəyyən qədər tətbiq edən ailələr olub. Cəmiyyətdə dostlardan, rəfiqələrdən xəyanət görən xanımlar sonunda fikirləşirlər ki, ən yaxşı rəfiqə elə anadır. Həmin mövzu çox genişdir, lakin zaman keçdikcə öz sərhədlərini qoruyan, dəyərlərini kifayət qədər realizə edən qızın əlbətdə rəfiqəsi, dost seçimi də ola bilər. Bu dövr üçün gender bərabərliyi, qadınların müstəqil düşüncə tərzi, anlayışları müasir fikirlər sayılır. Amma hal-hazırda həmin fikri götürüb ailəsində, evində tətbiq edənlərin sayı da az deyil, yəni qızın rəfiqəsi olmalı deyil yaxud olmalıdır. Bu şəxsin öz seçimindən, böyüdüldüyü ailə şəraitindən asılıdır”.