Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizləri və Trans -Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit potensiyalını artıraraq Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır. SİA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
DGK sədri qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında qarşılıqlı fəaliyyətə xüsusi önəm verir: “Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”.