Gürcüstanda bəzi elektron xidmətlər dayandırılıb

15 Yanvar 2025 20:58 (UTC+04:00)

Gürcüstan Gəlirlər Xidmətinin ölkə ərazisində bir sıra elektron xidmətlərinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Buna sistemdə yaranmış nasazlıq səbəb olub.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Gəlirlər Xidməti məlumat yayıb. Gürcüstanın Gəlirlər Xidməti həm vergi xidmətini, həm də gömrük idarəsini birləşdirir.

"Daxili şəbəkədə sistem nasazlığı səbəbindən bütün ölkə ərazisində müəyyən növ elektron xidmətlərin göstərilməsi müvəqqəti dayandırılıb. Xidmətlərin vaxtında bərpa olunması üçün texniki işlər aparılır”, - deyə, xidmətin məlumatında deyilir.

Gəlirlər Xidməti kəskin zərurət yarandığı təqdirdə kömək üçün onlayn və ya telefonla məsləhətləşmələr təklif edir.