Rusiya 2025-ci il üçün silah istehsalı planını təsdiqləyib

15 Yanvar 2025 20:52 (UTC+04:00)

...Rusiyada 2025-ci il üçün xüsusilə tələbat olan silahların istehsalı üzrə qrafik təsdiq edilib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

...Bizim cari il üçün əsas vəzifəmiz ötən il qazanılan sürəti qorumaqdır. Xüsusilə tələbat olan silah modellərinin 2025-ci il üçün istehsal qrafiki təsdiqlənib.

O, bu barədə 2024-cü ildə tələb olunan silahların istehsalına nəzarət üzrə Hərbi-Sənaye Komissiyasının işçi qrupunun fəaliyyətinin yekunlarına və 2025-ci il üçün planlara həsr olunmuş iclasda bildirib.

Medvedev çoxlu sayda məmulatların istehsalının artırıldığını vurğulayıb.

2024-cü ilin dekabrında Rostec Dövlət Korporasiyasının Silah, Sursat və Xüsusi Kimya Klasterinin Sənaye Direktoru Bekxan Ozdoyev bildirdi ki, Rusiya hazırda sursat istehsalında dünyada lider mövqe tutur.

Oktyabr ayında Rostec-in baş direktoru Sergey Çemezov 2023-cü ildə tank sursatlarının istehsalının 30 dəfədən çox artdığını bildirib. Onun sözlərinə görə, dövlət korporasiyası dövlət müdafiə sifarişini 99,5 faiz yerinə yetirir.

Əli Babayev