T-129 ATAK hücum helikopterləri ilə hədəf dəqiq vurulub

15 Yanvar 2025 19:34 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi terrorla mübarizə çərçivəsində T-129 ATAK hücum helikopterləri ilə həyata keçirilən əməliyyatın görüntülərinin yer aldığı videonu “Sürətlə yaxınlaşmağa davam edirik” mesajı ilə paylaşıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşılan videoda Türk Hava və Kosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən istehsal edilən T-129 ATAK hücum helikopteri ilə türk əsgərlərinin sərhədyanı əməliyyat bölgələrində həyata keçirdiyi əməliyyatların görüntüləri yer alıb.

“Sürətlə yaxınlaşmağa davam edirik” ifadəsinin vurğulandığı videoda hədəfin dəqiq vurulduğu görülüb.