2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.