Əsəd Həsən Şeybani Türkiyəyə səfərə gəlir

15 Yanvar 2025 17:57 (UTC+04:00)

Suriyadakı yeni administrasiyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və onu müşayiət edən nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyi Şeybaninin Türkiyə səfəri ilə bağlı yazılı açıqlama verib.

Qeyd olunub ki, səfər çərçivəsində Şeybaninin xarici işlər naziri, milli müdafiə naziri ​​və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri ilə görüşəcəyi nəzərdə tutulur.