İntizam hallarını pozan prokurorluq əməkdaşı vəzifədən azad olunub

15 Yanvar 2025 17:04 (UTC+04:00)

Ötən il xidməti, icra və əmək intizamının pozulması halları ilə bağlı şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib. SİA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu tərəfindən 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, intizamının pozulması halları ilə bağlı 15 nəfərə xəbərdarlıq edilib.