Azərbaycanda bəzi hallarda avtomobillər üçün enerji doldurucuları inşa etməyə icazə tələb olunmayacaq

15 Yanvar 2025 16:38 (UTC+04:00)

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq.