Şahin Bağırov Qusarda vətəndaşları qəbul edəcək

15 Yanvar 2025 15:03 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə SİA komitəyə istinadən xəbər verir.

Bildirilir ki, vətəndaş qəbulu Qusar rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşlarla keçiriləcək.

Qəbul zamanı Qusar, Quba və Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.