Naxçıvanda ötən il 7 minə yaxın vergi ödəyicisi dövlət qeydiyyatından keçib

15 Yanvar 2025 12:40 (UTC+04:00)

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 6 682 yeni vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da 2024-cü illə müqayisədə 6,7 % çoxdur. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onların 6 386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən il kommersiya qurumlarının 83 %-i elektron qaydada, 17 %-i isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.