Naxçıvanda əhalinin sayı artıb

15 Yanvar 2025 12:24 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb. Bu barədə SİA-ya Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirlib ki, 2024-cü il dekabrın 1-nə muxtar respublikada əhalinin sayı bir il əvvələ nisbətən 2 min 457 nəfər və ya 0,5 faiz artaraq 470 min 808 nəfər olub.