DİQQƏT: Bu addım heyvanların ömrünü uzadır - FAKTLAR

15 Yanvar 2025 11:15 (UTC+04:00)

Erkən yaşda sterilizasiya heyvanların ömrünü uzadır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, sterilizasiya əməliyyatı təkcə sahibsiz heyvanlar üçün deyil, ev heyvanları üçün də həyati əhəmiyyət kəsb edir.

Heyvanların müəyyən yaşa çatdıqda sterilizasiya edilməsinin vacibliyini vurğulayan Tofiq Murat Karabayoğlu, heyvan sahiblərinin tez-tez dilə gətirdiyi "heyvanın təbiətini pozmamaq" narahatlığı ilə bağlı açıqlama verib. Karabayoğlu deyib: “Evdə bəslədiyiniz heyvanın təbiətini onsuz da dəyişirsiniz. Küçədə yaşayacaq, cütləşəcək, çoxalacaq heyvanı götürüb evdə saxlamaq onun təbiətinə müdaxilə etmək deməkdir. Bu səbəbdən sterilizasiyanın təxirə salınması heyvanın səhhətində problemlər yarada bilər.

Sterilizasiya olunmayan dişi heyvanlarda uşaqlıq yolu iltihabı, yumurtalıq və süd vəzi şişləri kimi ciddi sağlamlıq problemlərinin tez-tez görüldüyünə diqqət çəkən Karabayoğlu, erkək heyvanlarda xaya şişləri və təcavüzkarlıq kimi problemlərin ön plana çıxdığını bildirib. Bundan əlavə, Karabayoğlu, sterilizasiyanın həm fiziki, həm də psixoloji problemlərin qarşısını ala biləcəyini və itlər üçün ideal sterilizasiya müddətinin dişilər üçün təxminən 6 ay, kişilər üçün isə 8 ay olduğunu ifadə edib.

Doğru zamanda edilən sterilizasiyanın heyvanların ömrünü uzatdığını və keyfiyyətini artırdığını ifadə edən Karabayoğlu bildirib: “Erkən yaşda edilən bu əməliyyat, sonrakı yaşlarda yarana biləcək sağlamlıq problemlərinin qarşısını alır. Bu yolla həm heyvan, həm də sahibi daha rahat bir həyat sürür".