Azərbaycanın qadın boksçuları ilin ilk hazırlığına başlayıblar

15 Yanvar 2025 11:16 (UTC+04:00)

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma Şəkidə təlim-məşq toplanışındadır. Əsas diqqət idmançıların ümumi fiziki hazırlığına yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.

Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.