Goranda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

15 Yanvar 2025 10:47 (UTC+04:00)

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".