Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

15 Yanvar 2025 10:36 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,29% artaraq 2 690,1 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,13% artaraq 30,39 ABŞ dollarına bərabər olub.